PSJ-nin keçmiş futbolçusu 40 yaşında vəfat etdi

12:32 - 8 Yanvar 2023

Kamerun millisinin və PSJ-nin keçmiş futbolçusu Modest Mbami dünyasını dəyişib.

 

Sportal.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Keçmiş yarımmüdafiəçi 40 yaşında infarkt səbəbindən vəfat edib.

 

Qeyd edək ki, Modest Mbami karyerası ərzində PSJ, "Sedan", "Marsel", "Almeriya" kimi klublarda çıxış edib. O, son olaraq "La Havr" forması geyinib. Veteran futbolçu Kamerun millisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti