Zidan 3 millinin təklifini rədd etdi

13:55 - 8 Yanvar 2023

"Real"ın sabiq baş məşqçisi Zinəddin Zidan bir neçə milli komandadan gələn təklif qəbul etməyib. 

 

Sportal.az xəbər verir ki, bu barədə  Fransanın "L'Equipe" nəşri məlumat yayıb. 50 yaşlı mütəxəssis ABŞ, Braziliya və Portuqaliya seçmələrindən gələn təklifləri rədd edib. 

 

Qeyd edək ki, Zinəddin Zidan 2021-ci ilin yayında "Real"dan ayrıldıqdan sonra işsizdi.

Xəbər xətti