"Legiya"ya qol vuran "Səbail"in müdafiəçisi: "Əsl xarakter nümayiş etdirdik"

12:02 - 9 Yanvar 2023

"Legiya"ya qarşı çox yaxşı oyun alındı. Biz çox güclü rəqibə qarşı oynadıq. Komandamız əsl xarakter nümayiş etdirdi. Əhval-ruhiyyəmiz də yaxşı idi.  "Legiya"ya qarşı matç gələcəklə bağlı müsbət düşünmək üçün hamıya inam verdi".

Bu sözləri Sportal.az saytına açıqlamasında “Səbail”in braziliyalı legioneri Qustavo França deyib. 
Türkiyə toplanışı çərçivəsində “Legiya”ya (2:2) qarşı keçirilən görüşdə komandasının ilk qoluna imza atan müdafiəçi baş məşqçi dəyişikliyinə də toxunub:

"Yeni baş məşqçinin gəlişi bizim üçün çox yaxşı oldu. Həm yeni baş məşqçi, həm də bütün heyət çox yaxşı atmosfer yaradır. Biz Premyer Liqadakı vəziyyətimizi dəyişmək və mövsüm ərzində bütün digər məqsədlərə çatmaq üçün hər gün çox çalışırıq".

Mirbağırağa

Xəbər xətti