"Turan Tovuz" moldovalı oyunçu ilə anlaşıb.
Sportal.az xəbər verir ki, qərb təmsilçisi cinah müdafiəçisi Denis Marandiçi heyətinə qatıb.
26 yaşlı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.
Denis "Leyriya" və "Çelye"də çıxış edib. Onun son klubu isə "Jrinski Mostar"dır.
Adıçəkilən futbolçu Moldova millisində 6 oyun keçirib.
