"Qalatasaray" Türkiyə Super Liqasının 18-ci turunda səfərdə "Fənərbaxça"nı 3:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, 75-ci dəqiqədə oyuna girib 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan Mauro İkardi matçdan sonra açıqlama verib. Argentinalı hücumçu xoşbəxt olduğunu deyib:
"Vacib olan oynamaq idi. Derbidə meydanda olduğuma görə məmnunam. 1 aydır hazırlaşırdım. Nəticə çox yaxşı oldu. Birbaşa rəqibimiz olan komandanı məğlub etdik. Çox xoşbəxtəm. Qol vurmağım normaldır. Mənim işim budur".