Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS ) klublar üzrə 2022-ci ilin ən yaxşı baş məşqçisinin adını açıqlayıb.
Sportal.az xəbər verir ki, başa çatan ilin ən yaxşısı adına "Real"ı çalışdıran Karlo Ançelotti layiq görülüb. İtaliyalı mütəxəssis 245 səs toplayıb. 63 yaşlı məşqçi bu mükafatı karyerası ərzində 3-cü dəfə qazanıb.
2022-ci ilin ən yaxşı məşqçisi sıralamasında ikinci yeri "Mançester Sİti"ni çalışdıran Pep Qvardiola (45) tutub. Valid Reqraqi ("Vidad", Mərakeş) isə üçüncü olub.
saytlarin hazirlanmasi
