Portuqaliya milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportal.az xəbər verir ki, Avropa təmsilçisini Roberto Martines çalışdıracaq. Bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. İspaniyalı mütəxəssislə 2026-cı ilin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Roberto Martines son olaraq Belçika millisini çalışdırıb. 49 yaşlı məşqçi DÇ-2022-dən sonra postunu tərk etmişdi.
