Argentina milli komandasının keçmiş futbolçusu Serxio Aquero peşəkar karyerasını bərpa edib.
Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu Ekvadorun "Barselona" klubu ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Serxio Aquero 2021-ci ildə "Barselona"da çıxış edərkən ürəyində olan problemə görə karyerasını bitirməli olmuşdu.
