Milli komandada yeni baş məşqçi

19:12 - 9 Yanvar 2023

Futbol üzrə Albaniya milli komandasının baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Avropa təmsilçisini Silvinyo çalışdıracaq. Bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. Braziliyalı mütəxəssislə Avro-2024-ün seçmə mərhələsinin sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Silvinyo Albaniya seçməsinin baş məşqçisi postunda istefaya göndərilən Eduardo Reyanı əvəz edib.

Xəbər xətti