Qaret Beyl karyerasını başa vurdu

20:04 - 9 Yanvar 2023

Uels milli komandasının futbolçusu Qaret Beyl peşəkar karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, bu barədə hücumçu sosial şəbəkə hesabında məlumat paylaşıb. Beyl 34 yaşında futbolla vidalaşıb.

 

Qeyd edək ki, Qaret Beyl karyerası ərzində "Sauthempton", "Tottenhem" və "Real"da çıxış edib. Onun son klubu ABŞ-da "Los Anceles" olub. Təcrübəli oyunçu Uels millisinin heyətində meydana çıxdığı 111 rəsmi matçda 40 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti