"Nitsa"nın baş məşqçi postunda dəyişiklik olacaq.
Sportal.az "L`Equipe"ə istinadən xəbər verir ki, klub rəhbərliyi Fransa kubokunda üçüncü liqa təmsilçisi "Le Pyui”yə məğlubiyyətdən (0:1) sonra baş məşqçi Lüsyen Favrı istefaya göndərmək qərarına gəlib.
65 yaşlı isveçrəli cari mövsüm başlamazdan əvvəl “Nitsa”ya baş məşqçi təyin edilmişdi.
Hazırda Liqa 1-də komanda 17 turdan sonra turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi
