Premyer Liqa klubu argentinalı transfer etdi

21:56 - 9 Yanvar 2023

İngiltərə Premyer Liqa təmsilçisi "Sauthempton" heyətini gücləndirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, klub argentinalı 20 yaşlı yarımmüdafiəçi Karlos Alkarasla anlaşıb. 

"Sauthempton" transfer üçün 13,65 milyon avro ödəyib. 

O, 2027-ci il iyunun 30-na qədər İngiltərə klubuna məxsus olacaq.

Alkaras indiyə qədər yalnız Argentinanın “Rasinq” klubunda oynayıb. 

Xəbər xətti