"Zirə" Rumıniya klubunu məğlub etdi

16:56 - 10 Yanvar 2023

Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbəlik etdiyi kollektiv "Kindia" ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Zirə" yanvarın 17-də isə "Seqed" və "Radniçki" ilə qarşılaşacaq.

15:00 "Zirə" - "Kindiya" (Rumıniya) 3:2
Qollar:
Coşqun Diniyev 15 (p), Toni Qomeş 18, Hamidu Keyta, 75 - Kristian Nequt 13, 37

"Zirə"(start heyət) - Anar Nəzirov, Samir Ağayev, Ruslan Abışov, Cavad Qurbanlı, Ramin Əhmədov, Loris Bronyo, Toni Qomeş, Coşqun Diniyev, Andriya Lukoviç, İlkin Muradov, Mirsayib Abbasov

Xəbər xətti