"Neftçi" Macarıstan klubuna qarşı

10:53 - 10 Yanvar 2023

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" hazırlıq çərçivəsində bu gün ilk yoxlama matçına çıxacaq. 

Sportal.az xəbər verir ki, paytaxt klubunun rəqibi Macarıstanın “Vaşaş” klubudur. 

Yoxlama görüşü Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Laurentsiu Regekampfın rəhbərlik etdiyi kollektiv yanvarın 15-də "Medz Leqniça” və “Baçka Topola”, 19-da isə “Srvena Zvezda” ilə qarşılaşacaq. 

Xəbər xətti