"Sabah"ın legioneri "Real"ın sabiq üzvünün qərarına belə reaksiya verdi - FOTO

11:26 - 10 Yanvar 2023

"Sabah"ın legioneri Kristian Sebalyos karyerasını başa vurduğunu açıqlayan Qaret Beylin qərarına biganə qalmayıb.

Sportal.az xəbər verir ki, ispaniyalı legioner instaqram hesabında bir vaxtlar "Tottenhem"də birlikdə oynadığı Beyllə fotosunu paylaşıb.

Xatırladaq ki, "Sabah"ın 30 yaşlı yarımmüdafiəçisi 2013-2015-ci illərdə "Tottenhem"in futbolçusu olub. Amma o, rəsmi matçda forma geyinməyib. "Sabah"a qədər isə Sebalyos "Aruka", "Çarlton", "Sent-Trüden", "Əl-Vakra", "Qətər" klublarında oynayıb.

Xəbər xətti