İsveçrə millisinin sabiq qapıçısı Eldin Yakupoviç “Everton”dan ayrılıb.
Sportal.az xəbər verir ki, 38 yaşlı qolkiper “Los Anceles” klubuna keçib.
Bu barədə ABŞ klubunun rəsmi saytı məlumat yayıb.
Onunla 2023-cü ilin sonuna qədər müqavilə imzalanıb. Təcrübəli qapıçı karyerası ərzində “Qrasshopper”, “Tyun”, “Lokomotiv”(Moskva), “Aris”, “Hall Siti”, “Lester” klublarında çıxış edib.
saytlarin hazirlanmasi
