Belçika mətbuatı: "Qarabağ" braziliyalı futbolçunu istəyir

13:19 - 10 Yanvar 2023

"Qarabağ" braziliyalı yarımmüdafiəçi Lukas Ribeyro Kosta ilə maraqlanır.

Sportal.az "Walfoot.be" portalına istinadən xəbər verir ki, "Vaasland-Beveren"in 24 yaşlı yarımmüdafiəçisinin xidmətində Azərbaycan çempionu ilə yanaşı Rusiya klubları da maraqlıdır. 

Braziliyalı özü də, başqa ölkəyə köçməyin əleyhinə deyil. Amma futbolçunun komandası onu buraxmaq istəmir. Buna səbəb isə Ribeyro Kostanın "Vasland-Beverin"in Belçikanın yüksək liqasına yüksəlmək uğrunda mübarizədə əsas oyunçularından biri olmasıdır.

Tərəflər arasında yekun danışıqların bu ay baş tutacağı gözlənilir.

​Braziliyalı yarımmüdafiəçi “Valensiyen”, “Virton”, “Şarlerua”, “Molenbek”, “Muskron” klublarında oynayıb.

Xəbər xətti