Bakıda daha bir məhkum həbsdə ölüb.
Sportal.az "Lent.az" istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Məhkum Zahid Balabəy oğlu Novruzov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.
Qeyd edək ki, Z.Novruzov tanınmış futbolçu Nurlan Novruzovun atasıdır. Novruzov
Z.Novruzov 2019-cu ildə həyat yoldaşı Təranə Novruzovanı başından güllələyərək öldürüb. Daha sonra isə intihar məqsədi ilə özünü vurub. Təcili xəstəxanaya yerləşdirilən Z.Novruzovun həyatı xilas edilib. Z. Novruzov məhkəmənin qərarı ilə 17 il müddətinə azadlıqdan məhrum edilmişdi.
