“Sabah”ın rusiyalı baş məşqçisi Murad Musayev UEFA Pro kateqoriyalı məşqçilik lisenziyası alıb.
Sportal.az “Спорт-экспресс”ə istinadən xəbər verir ki, Musayev də daxil olmaqla mütəxəssislərə lisenziyaların təqdimatı Rusiya Futbol İttifaqında baş tutub.
Xatırladaq ki, “Sabah” oktyabrda rusiyalı mütəxəssislə cari mövsümün sonunda bitəcək müqavilə müddəti daha bir il – 2024-cü ilin may ayına kimi uzatmışdı.
saytlarin hazirlanmasi
