Pirlo millimizin rəqibinin baş məşqçisi təyin oluna bilər

17:15 - 10 Yanvar 2023

Belçika Futbol Federasiyası milli komandanın baş məşqçisi postuna axtarışları davam etdirir.

Sportal.az xəbər verir ki, Avropa təmsilçisinin gündəmində olan məşqçilərdən biri Andrea Pirlodur. Federasiya rəhbərliyi hazırda "Fatih Karagümrük"ü çalışdıran 43 yaşlı mütəxəssislə danışıq aparır.

Qeyd edək ki, Belçika yığması Avro-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupdaddır. Millimiz "qırmızı şeytanlar"la ilk oyunu 2023-cü il sentyabrın 9-da Bakıda, cavab görüşünü isə noyabrın 19-da Brüsseldə keçirəcək.

Xəbər xətti