"Mançester Yunayted" hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəfi "Tottenhem"in forvardı Harri Keyndir. Bu barədə ESPN məlumat yayıb. Mançester təmsilçisi yayda 29 yaşlı futbolçu üçün London klubuna rəsmi təklif göndərəcək.
Qeyd edək ki, Harri Keyn 2010-cu ildən "Tottenhem"də çıxış edir. İngiltərə millisinin üzü cari mövsümdə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 26 matçda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.
saytlarin hazirlanmasi
