Millimizin üzvünün komandası kubokda dayandı

10:20 - 11 Yanvar 2023

Niderland kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Ozan Can Kökcünün formasını geyindiyi "Eyndhoven" turnirdə "NAK Breda" ilə üz-üzə gəlib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşdığına görə əlavə vaxt təyin olunub. Əlavə vaxtda daha bir qol vuran “Breda” 1/8 finala yüksəlib – 2:1.

Ozan bu oyuna start heyətində meydana çıxıb və 79-cu dəqiqədə əvəzlənib.

Xəbər xətti