Türkiyə çempionunun forvardı Çinə yollandı

11:59 - 11 Yanvar 2023

"Trabzonspor" Jan Evrar Kuassi ilə yollarını ayırıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə çempionu 28 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.

2021-ci ilin yanvar ayında "Trabzonspor"a transfer olunmuş Kuassi mövsümün əvvəlində "Fatih Karagümrük"ə icarəyə verilmişdi.

Fil Dişi Sahilindən olan forvard Çinin "Çjeçzyan Qrintaun" klubuna keçib. 

​Buna qədər isə o, “Hayduk”(Split), “Şanxay SİPG”, “Vuhan Zall” klublarında çıxış edib.

Xəbər xətti