"Atletiko" Niderland millisinin üzvü üçün danışıqlara başladı

13:51 - 11 Yanvar 2023

"Atletiko" heyətini Niderland millisinin üzvü ilə gücləndirmək istəyir. 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi komandadan ayrılan Mateus Kunya və ayrılığı an məsələsi olan Joao Feliksin gedişindən sonra hücum mövqeyində yaranacaq boşluğunu Memfis Depayla doldurmaq niyyətindədir. 

İspaniya klubu niderlandlı üçün artıq danışıqlara başlayıb. Onlar bu qış Depayla rəsmi müqavilə imzalamaq istəyir.

“Atletiko” və “Barselona” rəhbərliyi ortaq məxrəcə gələcəyi təqdirdə, Depay qışdan sonra Madrid klubunun heyətində oynayacaq. 

Xəbər xətti