"Atletiko"nun müdafiəçisi Stefan Saviç və "Barselona"nın hücumçusu Ferran Torres cəzalandırılıb.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, hər iki futbolçu “Atletiko” – “Barselona” görüşündəki mübahisədən sonra qırmızı vərəqə alaraq meydandan qovulmuşdu.
Onlar iki həftəlik diskvalifikasiya edilib.
Xatırladaq ki, Madriddə keçirilmiş matç "Barselona"nın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
saytlarin hazirlanmasi
