"Antalyaspor"un forvardı Rusiya klubundan imtina etdi

16:08 - 11 Yanvar 2023

"Antalyaspor" və ABŞ millisinin hücumçusu Haci Rayta Rusiya klublarından təklif gəlib.

Sportal.az "sports.ru"ya istinadən xəbər verir ki, "Lokomotiv" adıçəkilən forvardı heyətinə qatmaq istəyib.

Moskva təmsilçisi Rayt üçün 8 milyon avro təklif edib. Amma amerikalı hücumçu "Antalyaspor"da qalmaq istəyib.

O, bu mövsüm 16 oyunda 10 qol vurub.

Xəbər xətti