Azərbaycanlı futbolçu Polşada oynayacaq

16:48 - 11 Yanvar 2023

“Səbail”in yarımmüdafiəçisi Orxan Fərəcov karyerasını Polşada davam etdirəcək.

Sportal.az saytına verilən məlumata görə, 21 yaşlı futbolçu “Stomıl” klubu ilə anlaşıb.

O, tibbi müayinədən keçmək üçün Polşaya yollanıb.

Adıçəkilən klub Polşanın 1-ci liqasında çıxış edir.

Xəbər xətti