"Fənərbaxça" müdafiəçi transferini açıqladı

20:14 - 11 Yanvar 2023

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Adana Demirspor"dan Samet Akaydını transfer edib. Bu barədə "sarı-ləcivərtlilər"in rəsmi saytı məlumat yayıb.

"Fənərbaxça" 28 yaşlı mərkəz müdafiəçisi ilə 3,5+1 illik müqavilə imzalayıb. "Kanarya" bu keçid üçün "Adana Demirspor"a 3,7 milyon avro təzminat ödəyəcək.

Xəbər xətti