Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin gənc futbolçulardan ibarət rəmzi komandasını açıqlayıb.
Sportal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, heyətdə aşağıdakı oyunçular yer alıb:
Qapıçı: Qavin Bazunu (İrlandiya, “Sauthempton”);
Müdafiəçilər: Pyero İnkape (Ekvador, “Bayer”), Yoşko Qvardiol (Xorvatiya, “Leypsiq”), Nuno Mendes (Portuqaliya, PSJ);
Yarımmüdafiəçilər: Qavi, Pedri (hər ikisi İspaniya, “Barselona”), Cüd Bellingem (İngiltərə, “Borussiya” Dortmund), Eduardo Kamavinqa (Fransa, “Real”);
Hücumçular: Camal Musiala (Almaniya, “Bayern”), Kərim Adeyemi (Almaniya, “Borussiya” Dortmund), Ansu Fati (İspaniya, “Barselona”).

