Paytaxt klubu braziliyalının müqavilə müddətini uzatmayacaq

17:36 - 12 Yanvar 2023

“Tottenhem” Lukas Moura ilə müqavilə müddətini yeniləməyəcək.

Sportal.az “The Telegraph”a istinadən xəbər verir ki, London təmsilçisinin braziliyalı mövsümün sonunda komandanı tərk edəcək.

Onun yayda karyerasını başqa klubda davam etdirəcəyi iddia olunur.

30 yaşlı futbolçu “Sao Paolo”, PSJ-də oynadıqdan sonra 2018-ci ildə “Tottenhem”ə keçmişdi.

Xəbər xətti