Səudiyyə Ərəbistanı təmsilçisi Messi üçün hərəkətə keçdi

19:35 - 12 Yanvar 2023

Kriştiano Ronaldodan sonra daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına yollana bilər.

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, PSJ-nin yarımmüdafiəçisi Lionel Messi karyerasını Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda davam etdirə bilər.

Ərəblər argentinalı futbolçuya illik 280 milyon avro ödəməyə hazırdır. 

"Əl-Nəsr" Kriştiano Ronaldoya illik 200 milyon avro maaş ödəyir. "Əl-Hilal" isə ona verilən maaşdan daha çoxunu Messiyə ödəmək niyyətindədir. Ancaq hələ ki, argentinalı bununla bağlı konkret qərar verməyib. 

Xəbər xətti