"Roma"dan "Torino"ya doğru

21:52 - 12 Yanvar 2023

"Torino" Eldor Şomurodovu mövsümün sonuna qədər icarəyə götürmək istəyi ilə bağlı "Roma"ya rəsmi müraciət edib.

Sportal.az "СЭ" portalına istinadən xəbər verir ki, Turin təmsilçisi heç bir öhdəliyi olmayan icarə üçün 1 milyon avro ödəməyə hazırdır.

"Roma" futbolçu ilə yollarını ayırmağa hazırdır.

Lakin "canavarlar" özbək forvardı 12 milyon avroluq məcburi satınalma şərti ilə icarəyə verməkdə maraqlıdır.

Xəbər xətti