"Arsenal" transfer çalışmalarını davam etdirir.
Sportal.az "Mediafoot"a istinadən xəbər verir ki, London təmsilçisi "Real"ın futbolçusu Eden Azarı heyətinə qatmaq niyyətindədir.
Artıq bu yöndə danışıqlar aparılır. Karlo Ançelottinin planlarına daxil olmayan belçikalı özü də İngiltərə qayıtmağa müsbət yanaşır.
32 yaşlı yarımmüdafiəçi “Lill”, “Çelsi”də oynadıqdan sonra 2019-cu ildə “Real”ın yolunu tutmuşdu.
