"Sumqayıt" Serbiya klubuna qalib gəldi

19:52 - 12 Yanvar 2023

Mövsümün ikinci yarısı üçün hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama oyununu keçirib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "kimyaçılar" Serbiya təmsilçisi “Radnik”lə qarşılaşıb.

Samir Abasovun rəhbərlik etdiyi kollektiv 2:1 hesabı ilə qələbə qazanıb.

Oyunda hər iki qolu Süleyman Əhmədov vurub.

Xəbər xətti