"Səbail"in Türkiyədəki növbəti heç-heçəsi

20:17 - 12 Yanvar 2023

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Səbail” növbəti yoxlama görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv “Bohemians”la qarşılaşıb.

Çexiya klubuna qarşı matç 0:0 hesabı ilə yekunlaşıb.

“Səbail” – “Bohemians” 0:0

Bundan əvvəl isə “Səbail” “Legiya” ilə 2:2 hesablı bərabərə qalmışdı. Paytaxt təmsilçisi yanvarın 16-da Serbiyanın “Spartak Subotiça” klubu ilə qarşılaşacaq.

Xəbər xətti