Mahir Emreli "Dinamo"nun start heyətində meydana çıxdı

20:34 - 12 Yanvar 2023

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” yoldaşlıq oyunu keçirib.

Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisi Sloveniyanın “Çelye” klubu ilə qarşılaşıb. Üç hissədən ibarət olan görüş 1:1 hesabı ilə yekunlaşıb.

Emreli meydana start heyətində çıxıb. 

​Qeyd edək ki, "Dinamo" ikinci hissədə qol buraxsa da, üçüncü hissənin sonunda isə bərabərlik qolunu vurub. 

 

Xəbər xətti