"Turan Tovuz"un Premyer Liqanın 33-cü turunun "Neftçi" ilə matçında (4:0) zədələnən futbolçusu Roderik Millerin durumu bəlli olub.
Sportal.az saytına verilən məlumata görə, qabırğasında olan ağrıya görə meydanı tərk edən panamalı müdafiəçi tibbi müayinədən keçib. Müayidən sonra bəlli olub ki, 31 yaşlı futbolçunun durumu ciddi deyil.
Panama millisinin üzvü sabah istirahət edəcək. O, növbəti gün komanda ilə birlikdə məşqlərə qatılacaq.
Qeyd edək ki, "Turan Tovuz" Roderik Milleri mart ayında heyətinə qatıb. Təcrübəli oyunçu qərb bölgəsi təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi