Kamerunlu "Turan Tovuz"da qalmaq istəyir: "Mövsüm başa çatdıqdan sonra danışacağıq"

18:14 - 11 May 2023

Bu mövsüm Azərbaycan Premyer Liqasında adından söz etdirən legionerlərdən biri Runi Evadır. "Turan Tovuz"un heyətində 15 qol vurmuş kamerunlu hücumçunun yeni mövsümə daha iddialı komandada başlayacağını gözləyənlər də az deyil.

Sportal.az saytına açıqlama verən afrikalı Tovuz klubunda qalmaq istədiyini bildirib. O, yeni müqavilə ilə bağlı mövsümün sonunda hazırkı klubu ilə danışacağını söyləyib:

"Hazırda yalnız mövsümün qalan oyunlarına fokuslanmışam. İstəyirəm ki, mövsümü yaxşı bitirək. Bizim müqavilə ilə bağlı danışmağa imkanımız olacaq. "Turan Tovuz"la danışmışam. İstəyirəm ki, mövsümü bitirək, daha sonra ətraflı söhbət edək. Bu komandada özümü xoşbəxt hiss edirəm. Atmosfer gözəldi, baş məşqçimiz, komandada çalışanlar yaxşı insanlardır. Yeni müqavilə haqda "Turan Tovuz"la mövsüm başa çatdıqdan sonra danışacağıq".
 

Xəbər xətti