"Qarabağ" bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində daha iki yoldaşlıq oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu əvvəlcə Xorvatiyanın "Slaven Belupo" klubu ilə üz-üzə gəlib. Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Musa Qurbanlı vurub.
Ağdam klubunun ikinci görüşü isə BƏƏ-nin "Əl-Şəbab" klubuna qarşı olub. "Qarabağ" bu oyunda 5:2 hesabı ilə qalib gəlib.
15:00 "Qarabağ"- "Slaven Belupo" (Xorvatiya) 1:0
19:00 "Qarabağ" - "Əl-Şabab" (BƏƏ) 5:2
Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv əvvəl Almaniyanın "Kayzerslautern" klubuna uduzmuş (1:3), daha sonra Çexiya "Viktoriya" komandasına (2:1) qalib gəlmişdi.
saytlarin hazirlanmasi