Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, turnirin ilk mərhələsində keçirilmiş oyunlardan sonra "Qarabağ"ın rəqibi də bəlli olub.
"Linkoln" səfərdə Malta çempionu "Hamrun"a 1:0 qalib gəlsə də, evdə rəqibinə eyni hesabla uduzub.
Əlavə vaxtda qol olmadığı üçün qalibi penaltilər seriyası müəyyənləşdirib. Daha dəqiq oynayan "Linkoln" ikinci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olub.
saytlarin hazirlanmasi