Cəbəllütariqin “Linkoln” klubunun futbolçusu Cek Serjant Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan “Linkoln”un müdafiəçisi Azərbaycan çempionu ilə oyundan gözləntisini bölüşüb:
"Biz “Qarabağ”ı yaxşı tanıyırıq. Keçən il Çempionlar Liqasının birinci təsnifat mərhələsində onlarla oynamışdıq. “Qarabağ” çox yaxşı klubdur. Avropada da çox böyük komanda kimi tanınır. Amma oyun 90 dəqiqə davam edir. Qələbə qazanmaq üçün oynayacağıq və ən yaxşı nəticəyə ümid edirik”.
“Qarabağ"ın "Linkoln"la ilk görüşü iyulun 23-də səfərdə, 30-da isə Bakıda keçiriləcək.
saytlarin hazirlanmasi