"Qarabağ" yeni mövsüm üçün növbəti transferini reallaşdırıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi qapıçı Şahruddin Məhəmmədəliyevi heyətinə cəlb edib.
Klubla 30 yaşlı qapıçı arasında bir illik müqavilə imzalanıb. Ötən mövsümdə Türkiyənin “Adana Demirspor” klubunun formasını geyinən Şahruddin 2025-ci ilin yayına qədər Ağdam klubunda çıxış edəcək.
Məhəmmədəliyev 2016-2024-cü illərdə "Qarabağ"ın formasını geyinib. O, 2024-cü ilin yayında “Qarabağ”dan Türkiyə klubuna transfer edilib. Şahruddin 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, Məhəmmədəliyev klubumuzun yeni qapıçısı Azərbaycan milli komandasında 29 oyun keçirib.
saytlarin hazirlanmasi