"Təbii ki, əsas ümid "Qarabağ" klubunadır. Neçə illərdir ki, avrokuboklarda oynayırlar, çox təcrübəlidirlər. İlk oyun "Linkoln"a qarşıdır. Birinci oyunlar çətin olur. Baxmayaraq ki, ötən mövsüm onları rahat udmuşdular. "Linkoln" da hansı komandaya qarşı oynadığını bilir. "Qarabağ"a qarşı daha aqressiv və istəkli olacaq. Amma inanıram ki, təmsilçimiz mərhələni rahat şəkildə keçəcək".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Qarabağ”ın keçmiş futbolçusu Əfran İsmayılov deyib.
Uzun illər Ağdam klubunda oynamış veteran futbolçu Azərbaycan çempionunun 2024/2025 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq şanslarını dəyərləndirib:
"Təbii ki, hamı "Qarabağ"ın Çempionlar Liqasına düşməsini istəyir. Amma çətindir. Mən bunu yaşamışam, yaşamayanlara da arzu edirəm. Əla ab-havadır. Dualarım "Qarabağ"ladır. Allah qoysa, Azərbaycan xalqını yenə də sevindirərlər".
İsmayılov “Qarabağ”ın Şahruddin Məhəmmədəliyevi yenidən heyətinə cəlb etməsinə də münasibət bildirib: “Çoxları tənqid etsə də, Şahruddin Məhəmmədəliyevin “Qarabağ”a qayıdışı sevindirici haldır. Məncə, avrokuboklarda Andrey Lunyovun əvəzinə Şahruddin olsaydı, çətin epizodları daha rahat çıxarardı. Mən Şahruddinə çox inanıram. Səhvlərindən də nəticə çıxarıb, ən yaxşısını etməyə çalışacaq. O, ümidverən, perspektivli qapıçıdır".
saytlarin hazirlanmasi