"Qarabağ" ikinci oyunda da "Linkoln"a ən azı 3-4 qol vuracaq"

10:12 - 29 İyul 2024

"Qarabağ" ötən mövsüm də "Linkoln"la qarşılaşmış və qalib gəlmişdi. Cəbəllütariq klubu bütün kollektivlə müdafiə olunurdu. İstənilən halda, “Qarabağ” qələbə qazanmağı bacardı. Hər halda, səfərdəki hesab 4:0 da ola bilərdi. Səfər oyunundan əvvəl Ağdam klubu yaxşı üstünlük əldə edib. “Qarabağ” yaxşı futbol nümayiş etdirərək qələbə qazandı".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın keçmiş futbolçusu Emin İmaməliyev deyib.

Ağdam klubunun veteran futbolçusu Azərbaycan çempionunun cavab görüşündə də istədiyi nəticəni qazanacağına inandığını bildirib: 

"Qarabağ" ikinci görüşdə də ciddi və qələbə üçün oynayacaq. Favorit yenə "Qarabağ"dır. Məncə, onlar "Linkoln"a ən azından 3-4 qol vuracaq. Təbii ki, "Qarabağ"a ümidlər böyükdür, onlardan hər zaman uğurlu nəticələ gözləyirik. Ümid edirəm ki, komanda ən yaxşısını edə biləcək".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Linkoln"a qarşı keçirilmiş ilk oyununda 2:0 qalib gəlmişdik. Bu komandaların Bakıdakı oyunu iyulun 30-da Tofiq Bəhramov stadionunda baş tutacaq.

Xəbər xətti