"Birinci oyunun nəticəsi, gedişatı onu göstərdi ki, "Qarabağ" səfərdə dəyişmiş "Linkoln"a oynasa da, çox yaxşı futbol nümayiş etdirdi. Dominant idi və demək olar ki, bütün kompnentlərdə rəqibini üstələdi. Bakıdakı matçda hansısa sürprizin olacağına inanmıram. "Qarabağ" ilk görüşdə də bütün oyunu rəqib qapısı tərəfdə keçdi. Proqnozum odur ki, "Qarabağ" qalib gələcək. Daha çox qol vuracaq".
Bu sözləri Sportal.az saytına açıqlamasında azərbaycanlı futbol məşqçisi Azər Bağırov deyib.
"Araz-Naxçıvan"ın 40 yaşlı sabiq çalışdırıcısı Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Linkoln"la cavab görüşünə çıxacaq "Qarabağ" barədə danışıb. Onun fikrincə, Ağdam təmsilçisi daha da irəliləyərək Çempionlar Liqasının qrup mərhələsinə də düşə bilər:
"Bizim öyrəşdiyimiz, Almaniya, İspaniya, Avropanın öndə gedən ölkələrinin klubları ilə oynayan "Qarabağ" var. Onlara artıq zəif rəqiblərlə qiymət vermək...Məncə, komandamıza top ölkələrin komandaları ilə oynadıqda vermək olar. Fabyan Buntiç özünü yaxşı göstərdi desək, yanlış olar. Amma hiss olunurdu ki, onun göstəriciləri çox pozitiv enerji verir. Rəqib kimi Şahruddin Məhəmmədəliyev mənim üçün çempionatda ən arzuolunmaz qapıçıdır. Çünki onun çox böyük üstünlükləri var. Qurban Qurbanov da həmişə bu üstünlüklərdən istifadə edib. Mənim üçün Şahruddin Buntiçdən zəif deyil. Son illərdə "Qarabağ"ın transferləri, işi onu göstərir ki, Çempionlar Liqasının qrupuna düşə bilər. Düşüncələr çoxdur. Pley-off mərhələsində düşəcək rəqibdən çox şey asılı olacaq. Bura ÇL-di, Konfrans Liqası deyil. Allah qoysa, "Qarabağ"a pley-off mərhələsində uyğun rəqib və qələbə arzulayıram".
Mirbağırağa
saytlarin hazirlanmasi