"Qarabağ" qələbə qazandı, Azərbaycan reytinqdə Rusiyaya yaxınlaşdı 

11:16 - 31 İyul 2024

Növbəti avrokubok oyunları UEFA reytinqinə təsir edib. 

Sportal.az xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsinin 2-ci mərhələsinin cavab matçında Cəbəllütariq “Linkoln” klubuna qalib gələrək (5:0) daha 0,25 xal toplayıb. 

Azərbaycan beş il ərzində ümumilikdə 18.000 xala malikdir və UEFA reytinq siyahısında 24-cü yerdədir. 

Rusiya Azərbaycandan irəlidədir (18,299), Slovakiya (17,875) isə geridədir. Azərbaycan mövsümə 16 750 ilə başlayıb.
 

Xəbər xətti