“Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ludoqorets”lə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, Bolqarıstan klubu ikinci təsnifat mərhələsində “Dinamo” səddi keçib. Minsk klubu ilk oyunda 0:2 hesabı ilə uduzsa da, cavab qarşılaşmasında 1:0 qalib gəlib.
Lakin ümumi hesabda “Ludoqorets”ə məğlub olub. Belədə, Razqrad təmsilçisinin üçüncü mərhələdə “Qarabağ”la qarşılaşacağı dəqiqləşib.
Qeyd edək ki, “Qarabağ” avqustun 6-da “Ludoqrets”lə Bakıda qarşılaşacaq. Cavab matçı bir həftə sonra Bolqarıstanda keçiriləcək.
saytlarin hazirlanmasi