"Ludoqorets"in qapıçısı: "Qarabağ"ın “Bayer”lə oyunlarına baxmaq kifayət edir"

11:49 - 2 Avqust 2024

Bolqarıstanın “Ludoqorets” klubunun almaniyalı qapıçısı Hendrik Bonmann Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin 3-cü turunda “Qarabağ”a qarşı keçiriləcək matçdan danışıb.

Sportal.az “dsport”a istinadən xəbər verir ki, Razqrad klubunun qolkiperi Ağdam təmsilçisi ilə görüşlərdə şansları olduğunu deyib:

"Bu matçlar çox çətin olacaq. Buna əmin olmaq üçün “Qarabağ” – “Bayer” matçına baxmaq kifayətdir. Turnirin hər yeni mərhələsi getdikcə çətinləşir. Hazırlaşmalıyıq. Düşünürəm ki, “Qarabağ”a qarşı oyunlarda şansımız var. İlk oyunu harada keçirməyin daha yaxşı olduğu barədə heç nə deyə bilmərəm. Biz səfərdə yaxşı çıxış edib, sonra azarkeşlərimizin qarşısında yaxşı oynamaq istəyirik".

Qeyd edək ki, avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionundakı ilk matç saat 20:00-da start götürəcək. Səfərdəki cavab görüşü avqustun 13-də Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xəbər xətti