"Qarabağ" şərqi avropalı qapıçıya təklif göndərdi – SON DƏQİQƏ

21:05 - 2 Avqust 2024

"Qarabağ" yeni əcnəbi qapıçı ilə danışıqlarla start verib.

Sportal.az xəbər verir ki, bu barədə klubdan Sportinfo.az saytına bildirilib.

Məlumatda qeyd olunub ki, dəvət göndərilən "əlcək sahibi" şərqi avropalıdır. Azərbaycan çempionu ona 3 illik müqavilə təklif edib.

Xəbərdə o da vurğulanıb ki, transferi planlaşdırılan kiper qitənin aparıcı çempionatlarından birində forma geyinir.

"Qarabağ" bu yay iki əcnəbi qapıçı ilə vidalaşıb. Andrey Lunyov Rusiyaya – "Dinamo"ya (Moskva) yollanıbsa, Luka Quqeşaşvili "Panserraikos"a (Yunanıstan) üz tutub.

Onların əvəzində düşərgəyə 2 nəfər gətirilib.

Fabiyan Buntiç "Vizela"dan (Portuqaliya) komandaya cəlb olunubsa, Şahruddin Məhəmmədəliyev 11 aylıq aradan sonra "Adana Demirspor"dan (Türkiyə) geri dönüb.

Xəbər xətti