"Yaya qədər gözləməyəcəm, yanvarda qərar verəcəm"

18:46 - 5 Dekabr 2024

"Bavariya"nın və Almaniya yığmasının yarımmüdafiəçisi Coşua Kimmix qışda gələcəyi ilə bağlı qərar verəcəyini bildirib.

Sportal.az xəbər verir ki, "Bild"ə danışan təcrübəli futbolçu bir çox təklifi olsa da, "Bavariya"da qalacaq:

"Yaya qədər gözləməyəcəm. Qışda oturub ümumi vəziyyətə baxacam. Yanvarda düzgün qərar verəcəm”.

Kimmix 2015-ci ilin iyulunda “Ştutqart”dan "Bavariya"ya keçib. Onun Münhen klubu ilə müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatır. Bu mövsüm 29 yaşlı Kimmix bütün turnirlərdə 19 oyun keçirib, 4 asist edib. Kimmixin transfer qiyməti 50 milyon avrodur. 

Xəbər xətti